Günay Şəbnəmə "bayağı müğənni" dedi,


Şou-biznes 08 Apr 2019 17:53:00 307 1

Günay Şəbnəmə "bayağı müğənni" dedi,

Şou-biznesdə növbəti qalmaqal müğənnilər Günay İbrahimli ilə Şəbnəm Tovuzlu arasında yaşanıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, "Ay Zaur" verilişi Günaydan Şəbnəmlə bağlı fikir soruşub. İbrahimli "Şəbnəm Tovuzluya qulaq asırsınız" sualına belə cavab verib: "Dinləmirəm. Dedilər hansısa mahnısına 30 milyon baxılıb. Heç o mahnını eşitməmişəm, qabağıma da çıxmayıb. Çox maraqlıdır, Azərbaycanda heç 30 milyon əhali yoxdur, necə olur? Düşünürəm ki, bayağı ifaçıdır. Olanı deyirəm, heç kim harasa yozmasın. Mənim qulaq asdığım insanlar tamam başqadır". Şəbnəm isə Günaya "Bayağı mahnı ola bilər. Günay xanımla üz-üzə gələndə öpüşüb, görüşürük. Ola bilər repertuarımı bəyənməyə bilər. Amma deyə bilərdi ki, bir xanım kimi bizim gözəl münasibətimiz var. Mən olsam, elə deyərdim. Məcbur deyil məni bəyənsin. Deyə bilərdi, gözəlqəlbli xanımdır. Amma demədi. Heç mən də Günay xanıma qulaq asmıram" cavabını verib.