Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir (FOTO)


Digərləri 08 Apr 2019 17:29:00 199 0

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir (FOTO)

Osloda Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 47-ci iclası keçirilib.

Bakı. Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığını davam etdirir. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Osloda Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 47-ci iclası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü və təşkilatın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbir zamanı Assosiasiyanın İcraiyyə Komitəsinə yeni üzvlərin qəbulu həyata keçirilib, dünya prokurorlarının fəaliyyətlərini təkmilləşdirmək məqsədi daşıyan bir sıra təşkilati məsələlər, həmçinin qurumun fəaliyyətinin təşkili üçün zəruri olan bir sıra hesabat və sənədlər, o cümlədən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə əlaqələri tənzimləyən normativ sənədin qəbulu, Assosiasiyanın Hərbi Prokurorlar Şəbəkəsi ilə Beynəlxalq Hərbi Hüquq Cəmiyyəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair müzakirələr keçirilib. Bundan əlavə, təşkilatın prezidentliyinə Cənubi Koreya Respublikasının Busan vilayətinin baş prokuroru Çeol-Kyu Hvanqın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunub.