Səsküy salan kafelər cərimələnəcəklər VİDEO FOTO


Digərləri 08 Apr 2019 17:15:00 248 0

Səsküy salan kafelər cərimələnəcəklər  VİDEO  FOTO

Gecələr səs-küy salanların cərimələnməsi gündəmdədir. Binaların 1-ci mərtəbəsində olan kafelər və restoranlardan gələn səslər sakinləri narahat edir. Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb. Sakin:" Səs-küylər gəlir. Çox adamlar yığılır ora". Sakin: "Qışqırıqları çox adamı narahat edir. Pəncərəni açmaq mümkün deyil. Açanda da səs-küydən oturmaq mümkün deyil". Ənvər Əliyev - AMEA-nin elmi işçisi: "Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına görə, 50 desibeldən yuxarı əgər səs varsa, orda yaşayış üçün təhlükə var. Amma Azərbaycan Səhiyyə Nazirliyi onu bir az artırıb olub 56 desibel. Şəhərin mərkəzi küçələrində 1,7 dəfə artıq səs-küy diaqazonu olur. Pik vaxtlarında 90 desibelə çatır. 56-dan 90-a". Samir Qasimov - Vəkil: "Saat 00:00-dan saat 7-yə qədər həddindən artıq yüksək səs etmək qadağandır. Kafelərdən, məsələn, mahnı oxunursa, uca səslər gəlirsə, bu da ətrafdakı insanları narahat edirsə, onların istirahətinə mane olursa, bu, artıq hüquq pozuntusu hesab oluna bilər". Azərbaycanda gecə saatlarında səs-küy salan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə oluna bilərlər.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar