Ağdamda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib FOTO


Digərləri 08 Apr 2019 17:01:00 246 0

Ağdamda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib  FOTO

Müyəssər Texnologiyalar və Ətraf Mühit üzrə Qlobal Alyansın Azərbaycan üzrə nümayəndəsi İlkin Əliyev və Beynəlxalq Gənclər Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri Məhbubə Musayevanın təşəbbüsü və təşkilatçılığı, Ağdam Rayon İcra Hakimiyyətinin xüsusi dəstəyi ilə "Ağdam Şəhidlərinin xatirəsinə" adlı ağacəkmə aksiyası keçirilib.

Son.az bildirir ki, aksiya iştirakçıları öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra ölkəmizdə dünyaya  gələn 10 milyonuncu sakinin məhz Ağdamlı olması Rayon İcra Hakimiyyəti müavini tərəfindən xüsusi vurğulanıb.


Xəbərə aid fotolar