Bakıda köhnə mənzillər bahalaşıb,


Digərləri 08 Apr 2019 16:29:00 235 0

Bakıda köhnə mənzillər bahalaşıb,

Bakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb.

Son.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, martda təkrar mənzil bazarında qiymətlərdə 1.13 faiz, il ərzində isə 5.81 faiz artım olub.

Onun sözlərinə görə, ilkin mənzil bazarında isə qiymətlər ay ərzində 3 faiz azalıb, lakin il ərzində 5.68 faiz artım olub:

"İlkin mənzil bazarında ucuzlaşma onunla bağlıdır ki, bu mənzillərin qiyməti indiyə kimi kifayət qədər qalxıb və artıq ucuzlaşmağa başlayır".