S.C.Pişəvari adına Gimnaziya Azərbaycan 1-cisi olub


Digərləri 08 Apr 2019 15:17:00 338 0

S.C.Pişəvari adına Gimnaziya Azərbaycan 1-cisi olub

10-16 yaşlı məktəblilər arasında robot texnologiyaları beynəlxalq olimpiadası keçirilib.

Bakı. Təhsil Nazirliyi, Mars Academy və ADA Universitetinin təşkilatçılığı ilə FIRST LEGO LEAGUE (FLL) – STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı 10-16 yaşlı məktəblilər arasında robot texnologiyaları beynəlxalq olimpiadası keçirilib. Trend-in məlumatına görə, turnirin bu ilki mövzusu kosmosa həsr olunub və “Into Orbit” adlanır. Yarışa ölkə üzrə 30 məktəbdən ən güclü komandalar qatılıb. Şagirdlər “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə yarışıbar. Həmin kateqoriyalar üzrə qiymətləndirmə isə Türkiyə Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlər və ADA Universitetinin müəllimləri tərəfindən aparılıb.