Azərbaycanda bəzi turizm obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək


Digərləri 08 Apr 2019 14:59:23 178 0

Azərbaycanda bəzi turizm obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək

Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək. Trend-in məlumatına görə, bununla bağlı “Turizm haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir. Bu dəyişikliyə uyğun olaraq 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib.