SOCAR ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi anlaşma memorandumu imzalayıb


Digərləri 08 Apr 2019 14:49:00 249 0

SOCAR ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi anlaşma memorandumu imzalayıb

SOCAR-ın prezidenti Rövnəq Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüşdə kiçik və orta sahibkarlığın dayanıqlı inkişafına dəstək və idxalın əvəzlənməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub, yerli istehsalın təşviqi üçün yeni rəqəmsal portalın yaradılması haqqında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, SOCAR-ın il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal olunması mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatların yeni rəqəmsal portalda yerləşdirilməsi nəzərdə tutulur.