Rəşad İlyasovun aqibəti necə olacaq?


Şou-biznes 08 Apr 2019 13:36:00 221 0

Rəşad İlyasovun aqibəti necə olacaq?

"Biz kanala xəbərdarlığımızı etmişik"

"Space" telekanalının "Hər səhər" verilişində müğənni Rüfət Axundovun işlətdiyi qeyri-etik ifadələr ölkə gündəmini zəbt edib. Hətta bu söyüş ifaçının Azərbaycan telekanallarına qadağası ilə nəticələnib.

Son.az axşam.az-a istinadən bildirir ki, proqramın aparıcısı Anar Vaqifoğlu, səs rejissoru Etibar Mustafayev də işdən qovulub. Bəs görəsən, efirdə qonaq olan əməkdar artist Rəşad İlyasovun aqibəti necə olacaq?

Veriliş zamanı Rüfətlə birlikdə mahnını zümzümə edən Rəşadın da onun söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi diqqətdən qaçmayıb. Müğənni özü məsələ ilə bağlı susma mövqeyini seçib. O, zənglərə cavab vermir. Hətta R.İlyasovun AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr də yayılıb.

MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov əməkdaşımızla söhbətində İlyasovla bağlı sualları cavablandırıb. O bildirib ki, R.İlyasova qarşı heç bir tədbir görülməyəcək:

"Məsələnin fərdiləşdirilməsinin əleyhinəyik, prinsip olaraq ifadəni işlədən şəxs oradan yığışdırılsın ki, həm cəmiyyətdə narazıçılıqlar səngisin. Cəmiyyət də görsün ki, belə halların qarşısının alınmasında şura qətiyyətlidir. Bunu fərdiləşdirməyək, hamıya gələcəkdə də dərs olsun ki, efirə çıxanda məsuliyyətli olmaq lazımdır. Həm müğənni, həm kanalların texniki heyəti diqqətli olmalıdır. O ki qaldı Rəşad İlyasova...