Ağdaş “Bölgələrdən bölgələrə” festivalının növbəti ünvanı olub


Digərləri 08 Apr 2019 13:37:00 180 0

Ağdaş “Bölgələrdən bölgələrə” festivalının növbəti ünvanı olub

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdaş olub.

Bakı. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdaş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, yaradıcılıq festivalında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda, Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak ediblər. Respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən festival Ağdaş şəhərindəki Heydər Əliyev parkında keçirilib. Festivalın budəfəki proqramı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunub. Regional idarələrin özfəaliyyət dərnəklərinin, mədəniyyət işçilərinin, musiqiçilərin ifasında “Azərbaycan”, “Yaşa mənim xalqım”, “Qarabağ şikəstəsi”, “Üç rəngli bayrağım” kimi vətənpərvərlik ruhunda olan və birliyə çağırış mesajı verən mahnılar səsləndirilib. Regional mədəniyyət idarələrinin tabeliyində olan şəhər və rayonların sənətkarlarının, yaradıcı insanların əl işləri - dekorativ tətbiqi sənət nümunələri, müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri, bəzək əşyaları sərgilənib.