Novruz bayramı günlərində İrana gedən azərbaycanlıların sayı artıb


Digərləri 08 Apr 2019 12:46:00 230 0

Novruz bayramı günlərində İrana gedən azərbaycanlıların sayı artıb

Novruz bayramı günlərində Biləsuvar gömrüyü vasitəsi ilə İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 41% artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ərdəbil vilayəti Yol və Yol Nəqliyyatı İdarəsinin baş direktoru Əli Rəhməti jurnalistlərə açıqlamasında deyib.

Ə.Rəhmətinin sözlərinə görə, aprelin 5-dək Biləsuvar gömrüyü vasitəsi ilə 32 637 nəfər İrana daxil olub.