Bakının mərkəzində “Mitsubishi” markalı avtomobili qaçıran şəxs saxlanılıb (FOTO)


Digərləri 08 Apr 2019 12:08:00 183 0

Bakının mərkəzində “Mitsubishi” markalı avtomobili qaçıran şəxs saxlanılıb (FOTO)

M.Məmmədov saat 11 radələrində polis əməkdaşları tərəfindən Suraxanı rayon ərazisində avtomobillə birgə saxlanılıb

Bakı. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 7-də saat 9 radələrində Ə.Əliyev küçəsində yerləşən dayanacaqdan “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.