“Meqa Sığorta” ASC yeni korporativ saytını təqdim etdi


Digərləri 08 Apr 2019 12:00:00 166 0

“Meqa Sığorta” ASC yeni korporativ saytını təqdim etdi

Yeni korporativ saytın əsas məqsədi "Meqa Sığorta" ASC-nin yüksək texnologiyalı və mütərəqqi sığorta şirkəti kimi təqdim olunmasıdır.

Bakı. Yeni korporativ saytın əsas məqsədi "Meqa Sığorta" ASC-nin yüksək texnologiyalı və mütərəqqi sığorta şirkəti kimi təqdim olunmasıdır. İmicin yüksəldilməsi, göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması, hədəf kütləsinə tam məlumatın çatdırılması və sığorta xidmətləri üçün onlayn satış imkanlarının yaradılması şirkətin saytının yenilənməsində əsas amil olub. Bu web-saytın hazırlanması zamanı müasir dizayn, texnologiyalar və istifadəçi tələblərinə xüsusi diqqət yetirilərək şirkətin yeni korporativ saytının interfeysi minimalizm üslubunda hazırlanıb ki, bu da həm fiziki, həm də korporativ müştərilərə onları maraqlandıran sığorta məhsulları və ya şirkət haqqında məlumatları kifayət qədər tez bir zamanda əldə etməyə imkan yaradır. Saytda istifadəçilər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və səyahət sığortasını onlayn şəkildə əldə edə biləcəklər. Bu məhsullarla yanaşı, istifadəçilər onlayn ərizə formalarını dolduraraq digər sığorta növlərini də əldə etmək imkanına malik olacaqlar. Yüksək xidmət standartlarını saxlamaq və eyni zamanda keyfiyyətin və müştəri məmnuniyyətinin daima yüksəldilməsi üzrə mütəmadi işin aparılması məqsədi ilə "Meqa Sığorta" ASC-nin internet saytında müştərilərin onlayn təklif və iradlarını bildirmələri üçün şərait də yaradılmışdır. Qeyd edək ki, sayt həmçinin mobil cihazlar və tabletlər üçün də uyğunlaşdırılıb.