10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Xəzər rayonda konsert proqramı və atəşfəşanlıq keçirilib (FOTO)


Digərləri 08 Apr 2019 11:45:51 161 0

10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Xəzər rayonda konsert proqramı və atəşfəşanlıq keçirilib (FOTO)

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Xəzər rayonda konsert proqramı və atəşfəşanlıq keçirilib

Bakı. Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Xəzər rayonda konsert proqramı və atəşfəşanlıq keçirilib. Trend-in məlumatına görə, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkında konsert proqramı təşkil olunub. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, rayon üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektivləri rayonun fəal gəncləri və rayon ictimaiyyəti iştirak edib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış edərək Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə xalqımızı təbrik edib, ölkənin həyatında çox əlamətdar hadisə baş verdiyini bildiriblər. Həmçinin bildiriblər ki, Azərbaycan əhalisinin sayının sürətlə artması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik və uzaqgörən siyasətinin nəticəsində Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsində baş verib.