Nüfuzlu Avropa alimlərinin iştirakı ilə Yaz məktəbi


Digərləri 08 Apr 2019 11:40:00 168 0

Nüfuzlu Avropa alimlərinin iştirakı ilə Yaz məktəbi

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Avropanın 3 nüfuzlu professorunun iştirakı ilə Yaz məktəbi təşkil olunacaq.

Bakı. Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Avropanın 3 nüfuzlu professorunun iştirakı ilə Yaz məktəbi təşkil olunacaq. Universitetdən Trend-ə verilən məlumata görə, 29 Aprel-2 may tarixlərində, dörd gün ərzində davam edəcək məktəbdə Almaniya və Danimarkadan olan alimlərin mühazirələri dinləniləcək. Aprelin 29-da Danimarka Texniki Universiteti Tətbiqi Riyaziyyat və Kompüter Elmləri Kafedrasının professoru Mads Peter Soensen “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Qanın laxtalanmasının mərhələsi” mövzusunda çıxış edəcək. Professorun 1 may tarixində “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Aktiv İnsulin istehsal edən Beta-hüceyrələr” mövzusunda da mühazirəsi olacaq. Almaniyanın Mübahisələrin həlli Mərkəzinin professoru Florian Rupp isə aprelin 30-u və mayın 2-də “Selikli canlıların həyatının modelləşdirilmiş və təhlil edilmiş formulu” mövzusunda mühazirə ilə çıxış edəcək. Mayın 1-də isə professorun “Həyat elmlərində süni intellektin perspektivləri” mühazirəsi təşkil ediləcək.