Gənc bədii gimnastlarımız Polşada 5 medal qazandılar (FOTO)


Digərləri 08 Apr 2019 10:33:00 192 0

Gənc bədii gimnastlarımız Polşada 5 medal qazandılar (FOTO)

Gimnastika yarışları ilə zəngin olan bu həftəsonu bədii gimnastlarımız Varşavada (Polşa) keçirilən “İrina Cup” adlı beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil ediblər.

Bakı. Gimnastika yarışları ilə zəngin olan bu həftəsonu bədii gimnastlarımız Varşavada (Polşa) keçirilən “İrina Cup” adlı beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil ediblər. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışdan ilk medal sevincini milli komandamızın gənclərdən ibarət qrup hərəkətləri komandası yaşadıb. Fəridə Səfiyarzadə, Milana Əkbərova, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Nəzrin Cəfərzadə birgə səyləri nəticəsində çoxnövçülük yarışlarında turnirin qızıl medalını qazanıblar.