Ərdoğan prezident səlahiyyətlərini vitseprezidentə təhvil verdi


Dünya 08 Apr 2019 10:25:00 196 0

Ərdoğan prezident səlahiyyətlərini vitseprezidentə təhvil verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Resmi gazete" nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Rusiyaya səfəri ilə əlaqədardır. Bildirilir ki, səfər çərçivəsində türkiyəli liderin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə olunacaq.