Soğan ucuzlaşdı, indi pomidor bahalaşdı


Digərləri 08 Apr 2019 09:47:37 233 0

Soğan ucuzlaşdı, indi pomidor bahalaşdı

İranda son günlər soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40% ucuzlaşmasına gətirib çıxarıb.

Bakı. Elnur Bağışov - İranda son günlər soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40% ucuzlaşmasına gətirib çıxarıb. Trend-in məlumatına görə, bunu Tehran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının direktoru Həsən Sabiri Herəndi açıqlamasında deyib. S.Herəndinin sözlərinə görə, əvəzində pomidora tətbiq olunan ixrac qadağasının aprelin 4-dən ləğv edilməsi ilə bu məhsulun qiyməti 2 dəfə artıb.