Departament rəhbəri: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azəbaycanın qeyri-neft sektorunda ən böyük paya malik olacaq (VİDEO)


Digərləri 07 Apr 2019 23:03:00 177 0

Departament rəhbəri: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azəbaycanın qeyri-neft sektorunda ən böyük paya malik olacaq (VİDEO)

"Logistic Hub" Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafında ən önəmli layihələrdən biridir.

Bakı. Ceyhun Ələkbərov - "Logistic Hub" Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafında ən önəmli layihələrdən biridir. Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının departament rəisi Xudayar Həsənli deyib. X.Həsənli Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, bu sahədə həyata keçirilən ən iri layihələrdən birinin “Logistic Hub” olduğunu bildirib: "Logistic Hub" deyəndə burada təkcə liman yox, kompleks şəkildə həm də azad zona, dəmir yolu, gəmiçilik, yükdaşma və tranzit nəzərdə tutulur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə bunların düz mərkəzində yer tutur. Bu, Azərbaycanda qeyri-neft sektoruna birbaşa xidmətdir".