Nəsiminin ölümünə kədərlənən hökmdar kim olub? TARİXİ FAKT


Digərləri 07 Apr 2019 19:35:00 231 0

Nəsiminin ölümünə kədərlənən hökmdar kim olub?  TARİXİ FAKT

Şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatında adı qızıl hərflərlə yazılan şəxsiyyətdir. Bu tarixi şəxsiyyət haqqında bir çox faktlar üzə çıxıb, araşdırmalar davam edir. Qaraqoyunlu hökmdarı Cahanşah da Nəsiminin heyranı olub.

Son.az bildirir ki, "ölkə.az"a bu barədə tarixçi-alim Əkbər Nəcəf məlumat verib.

Qaraqoyunlu hökmdarı Cahanşah gəncliyində Nəsimini görmüş və onun dərin təsiri altında qalıb. Hətta Nəsiminin edam xəbərini eşitdiyində həddən artıq qüssələnmiş və kədərlənmişdi.

Özünü Nəsiminin müridi, Nəsimini  isə öz mürşidi və rəhbəri sayan Cahanşah "tövbə etdiyi zaman onun şəfaətçi olacağını, bəxti yavər gedərsə ona qovuşacağını, bir daha ondan ayrılmayacağını, ona qovuşmanın səadət və şərəf olduğunu, bunun özü üçün nəşə və sevinc yaratdığını" farsça şeirində dilə gətirir.

Yenə farsça bir şeirində Nəsimin əslən ərəb və künyəsinin də "Hələbi" olduğunu Cahanşah belə qeyd edir:


Xəbərə aid foto