Alimlərdən yeni kəşf Fiziki reallıq sadəcə illüziyadır


Digərləri 07 Apr 2019 19:10:00 199 0

Alimlərdən yeni kəşf  Fiziki reallıq sadəcə illüziyadır

Kainatın fundamental reallığı barədə yeni teoriya üzə çıxıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə "Scientific American" elmi jurnalında geniş məqalə dərc edilib. Məqalədə alimlər bildirirlər ki, Kainatın fundamental reallığı nə sahə, nə kvark, nə də kvant fenomenidir.

Beynəlxalq tədqiqatçılar qrupunun üzvü Bernardo Kastrupa bildirir ki, bizim hər şeyin təməli saydığımız materiya əslində sadəcə llüziya ola bilər. Kainatın yeganə reallığı informasiyadır. Alimin fikrinə əsasən, fiziki Kainat ona görə mövcudur ki, biz kütləvi hallünasiyaya düşərək onu elə qəbul edirik. Maraqlıdır ki, bu illüziyaya əsasən, biz obyektlər arasındakı istənilən münasibəti, bizi əhatə edən ətraf mühiti izah etməyə çalışırıq. Əslində isə hər şeyi izah etmək üçün riyazi həll yolu var.