Yunanıstanın naziri Şimali Makedoniyanın Azərbaycan qazının nəqli şəbəkəsinə qoşulmasından danışdı


Digərləri 07 Apr 2019 14:16:00 246 0

Yunanıstanın naziri Şimali Makedoniyanın Azərbaycan qazının nəqli şəbəkəsinə qoşulmasından danışdı

Yunanıstanla Şimali Makedoniya arasında enerji sektorunda münasibətlərin bərpası iki ölkə enerji təchizatı şəbəkələri arasındakı əlaqənin bərpası ilə başlaya bilər, bu həm də ümumi infrastrukturun inkişafını tələb edə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Yunanıstanın energetika və ətraf mühit naziri Yorqos Statakis deyib.

O, iki ölkənin şəbəkələrinin birləşdirilməsinin və Şimali Makedoniyanın "Cənub Qaz Dəhlizi"nin tərkibinə daxil olan TAP layihəsini və Yunanıstan-Bolqarıstan interkonnektorunu əhatə edən daha geniş şəbəkəyə inteqrasiyasının vacibliyini vurğulayıb.