Azərbaycanda biznesmen cərrahi əməliyyat zamanı öldü FOTO


Digərləri 07 Apr 2019 12:19:00 218 0

Azərbaycanda biznesmen cərrahi əməliyyat zamanı öldü  FOTO

Bakıda iş adamı əməliyyat zamanı vəfat edib.

Son.az publika.az-a istinadən xəbər verir ki, klinikalardan birində böyrəyindən əməliyyat edilən Tovuz rayon Aşağı Quşçu kənd sakini, iş adamı Mehman Həsənov dünyasını dəyişib.

Qeyd edək ki, M.Həsənov rayonda məşədi Mehman adı ilə tanınıb və "Nərmin" şadlıq sarayının sahibi olub. Allah rəhmət eləsin!


Xəbərə aid foto