Misirdə 50dən çox siçan, pişik və şahin quşu mumiyaları aşkar olunub


Digərləri 07 Apr 2019 07:22:00 268 0

Misirdə 50dən çox siçan, pişik və şahin quşu mumiyaları aşkar olunub

Misirin cənubundakı Soxaq əyalətində Ptolemeylər dövrünə aid (bizim eradan əvvəl IV-I əsrlər) yaxşı vəziyyətdə qalmış divarüstü yazılar və toxunulmamış çoxlu miqdarda heyvanların mumiyaları olan məzarlıq aşkar edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Misirin Qədim Abidələr üzrə Nazirliyi məlumat yayıb.

Qədim Abidələr üzrə Misirin Ali Şurasının baş katibi Mustafa Vəziri açıqlamasında bildirib ki, bu rayonda aşkar edilən tapıntı ən təəccüblü tapıntılardan biridir. Onun sözlərinə görə, iki minilliyin keçməsinə baxmayaraq yaxşı vəziyyətdə qalmış tanrıların həyatını təsvir edən divarüstü yazılar bu günə kimi boyaların parlaqlığını qoruyub saxlayıb.