Təbrizli qadın dünya rekordunu yenilədi


Digərləri 07 Apr 2019 03:22:00 220 0

Təbrizli qadın dünya rekordunu yenilədi

İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük maşınını 30 metr dartaraq dünyanın ən güclü qadın rekordunu yeniləyib.

Bakı. Elnur Bağışov - İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük maşınını 30 metr dartaraq dünyanın ən güclü qadın rekordunu yeniləyib. Trend-in məlumatına görə, Giti xanım Ginnes rekordlar üzrə iranlıların müşaviri və Təbriz məsul şəxsləri qarşısında yük maşınını dartaraq avstraliyalı qadının rekordunu yeniləyib. Avstraliyalı qadın 2011-ci ildə 11350 kq yük maşınını dartaraq dünyanın ən güclü qadını olaraq Ginnesin rekordlar kitabına düşüb.