Bir qrup sağlamlıq imkanları məhdud gəncə peşə şəhadətnamələri verilib


Digərləri 06 Apr 2019 23:52:00 227 0

Bir qrup sağlamlıq imkanları məhdud gəncə peşə şəhadətnamələri verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bir sıra peşələr üzrə hazırlıq kurslarını yeni bitirən gənclərin yiyələndikləri bilik və bacarıqların qiymətləndirilməsi üçün növbəti imtahan keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, gənclərin xalçaçılıq, tikiş, ağac üzərində oyma, rəssamlıq, montajçı-operator, aşbaz köməkçisi və s. peşələr üzrə kurslarda əldə etdikləri bilik və bacarıqlar yoxlanılıb. İmtahanı uğurla keçən 28 gəncə peşə şəhadətnamələri təqdim olunub. Ayrı-ayrı gənclərin isə peşə hazırlığının bir ay uzadılması qərara alınıb.