Peyğəmbərin gətirdiyi hidayətin məsəli


Digərləri 06 Apr 2019 22:55:00 211 0

Peyğəmbərin gətirdiyi hidayətin məsəli

Son.az zikr.az-a istinadən bildirir ki, Əbu Musa rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - belə demişdir: "Allahın mənim va­si­təmlə göndərdiyi doğru yol göstəricisi (hidayət) və elm, torpağa düşən bol yağmura bən­zəyir. Bu torpağın bir qismi münbit olduğundan, suyu canına çəkib növ­bə­növ bitkilər və çoxlu otlar yetişdirir; bir qismi də quru olduğundan, suyu üs­tün­də saxlayır və Allah da onunla insanları faydalandırır. Onlar bu sudan içir, üstəlik hey­vanlarını və əkin sahələrini də sulayırlar; bu yağışın düşdüyü elə bir yer də vardır ki, ora hamar olduğundan, nə suyu üstündə saxlayır, nə də bir bitki yetişdirir. Bu, Allahın dinini dərk edən, Allahın mənim vasitəmlə gön­dər­diyin­dən faydalanan, elm öyrənən və bunu başqalarına öyrədən kimsə ilə buna tərəf başını belə qaldırmayan və Allahın mənim vasitəmlə göndərdiyi doğ­ru yol göstə­ricisini qəbul etməyən kimsənin məsəlidir." (əl-Buxari, 79).