BDU-nun tələbələri IX Azərbaycan Koreya dili nitq müsabiqəsinin qalibi olublar (FOTO)


Digərləri 06 Apr 2019 22:38:54 189 0

BDU-nun tələbələri IX Azərbaycan Koreya dili nitq müsabiqəsinin qalibi olublar (FOTO)

Bakı Dövlət Universitetində IX Azərbaycan Koreya dili nitq müsabiqəsi keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) IX Azərbaycan Koreya dili nitq müsabiqəsi keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, rektor Elçin Babayev və Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op tədbiri açaraq müsabiqə iştirakçılarına uğurlar arzu ediblər. E.Babayev dünyanın 20 nəhəng ölkəsindən biri olan Koreya ilə Azərbaycanın tarixi köklərinin kəsişməsindən danışaraq ökələrarası münasibətlərin yüksək səviyyədə olmasında bu amilin böyük rol oynadığını bildirib. Koreya universitetləri ilə əməkdaşlıq məsələlərinə diqqət çəkən rektor bu istiqamətdə yeni ideyaların yaxın zamanlarda reallaşacağından bəhs edib. Səfir Kim Tonq-op müsabiqənin Koreya dilinin inkişafında böyük önəmindən danışıb. Bildirib ki, bir ölkəyə sevgi və maraq onun tarixi və ədəbiyyatının çox oxunması ilə nəticələnir. Bu baxımdan, IX Azərbaycan Koreya dili nitq müsabiqəsi həm də Koreya dilində bilgiləri ifadə edən müsabiqədir.