Ən möhkəm əlaqə və ən şərəfli fəxr


Digərləri 06 Apr 2019 21:20:00 222 0

Ən möhkəm əlaqə və ən şərəfli fəxr

Son.az maide.az-a istinadən günün hədisini təqdim edir:   İmam Əli (ə):

الْمَوَدَّةُ اشْبَكُ الْانْسابِ وَ الْعِلْمُ اشْرَفُ الْاحْسابِ

"Məhəbbət ən möhkəm qohumluq əlaqəsi, elm isə ən şərəfli fəxrdir."

("Biharul-ənvar", c.1, səh.183 və c.74, səh.419.)

Qısa izah

Ərəblər şəxsiyyəti nəsil-nəcabətlə ölçürdülər. Hədisdə qeyd olunan "nəsəb" sözündə "hansı tayfadan və kimin övladı olmaq" nəzərdə tutulur. "Həsəb" sözü isə "iftixarlar" mənasını daşıyır. Görürsən ki, bəzən, insan öz ata-babalarının, bəzən də öz iftixarlarından danışır. Məsələn, səxavətli insan üçün ata-babaları səxavətli olmasa da, səxavət şərəf və iftixar sayılır.