Kosmik sənaye sahəsində Rusiya və Qazaxıstanın əməkdaşlığı güclənəcək


Dünya 06 Apr 2019 21:02:00 192 0

Kosmik sənaye sahəsində Rusiya və Qazaxıstanın əməkdaşlığı güclənəcək

Rusiya və Qazaxıstanın kosmik sənaye sahəsində əməkdaşlığı güclənəcək. Bu barədə Nur-Sultan şəhərində səfərdə olan Rusiyanın "Roskosmos" korporasiyasının rəhbəri Dmitri Roqozin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirdiyi görüşdən sonra bəyan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tərəflər "Bayterek" kosmik raket kompleksi layihəsinin 2022-ci ilədək başa çatdırılması, "Baykonur" kosmodromunda birgə fəaliyyətin gücləndirilməsi məsələlərini müzakirə ediblər. Qərara alınıb ki, üç ildən sonra "Bayterek"in ilk sınaq uçuşları keçirilsin, habelə "KazSat2-R" süni peykinin hazırlanması üzrə birgə işlər aparılsın.