Əfsanəvi Çarli Çaplinin nəvəsi:“Azərbaycanı, Bakını görmək istəyirəm”– MÜSAHİBƏ


Digərləri 06 Apr 2019 19:25:00 253 0

Əfsanəvi Çarli Çaplinin nəvəsi:“Azərbaycanı, Bakını görmək istəyirəm”– MÜSAHİBƏ

Əfsanəvi aktyor,  rejissor  Çarli Çaplinin  nəvəsi Laura Çaplin  hafiztimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məqamlardan söhbət açıb, həmçinin  Azərbaycanla bağlı sevgisini də ifadə edib.

Laura Çaplin məşhur rəssam və dizaynerdir. 1987-ci ildə İsveçrənin Vevey şəhərində anadan olub. London/Lozannada təhsil alıb. Dünyanın bir çox ölkələrində incəsənət sərgiləri təşkil olunur.

Son.az müsahibəni oxucularına təqdim edir:

-Uşaqlıq illərinizi necə xatırlayırsınız?  Dünyanın ən məşhur aktyoru Çarli Çaplinin nəvəsi kimi necə böyüdünüz?

-Mənim sehirli uşaqlıq illərim babamın sonuncu evində keçib. Həmin ev bu gün Çaplinin muzeyi kimi fəaliyyət göstərir. Heyvanlarla həyətdə  oynayırdım. Hələ o zamanlardan bəri rəsm çəkməyi də çox sevirdim. Çox sadə, sevgi və gülüş səsləri içərisində böyüdüm. Bu mənim üçün bir şans idi. Babamın bütün nailiyyətləri ilə qürur duyuram.

-Siz dünyada Çarli Çaplinin ailəsini təmsil edirsiniz. Çarli Çaplinin nəvəsi olmaq necə bir hissdir? Bunun hansı faydaları, çətinlikləri var?

-Babamın vəfatından 10 il sonra dünyaya gəlmişəm. Babamı görə bilməsəm də həmişə onunla qürur duymuşam. Onun varlığı daimidir. Hər dəfə məni ruhlanıdırır.  Belə bir mirasa sahib olmaq bəzən səbəbsiz ittihamlar gətirə bilir. Amma mən digər insanların nə düşündüklərinə fikir vermirəm. Qəlbimin  səsini dinləyirəm və məni xoşbəxt edən işlər görürəm.

-Babanız haqqında fikirlərinizi bilmək istərik. Çarli Çaplin sizin üçün kim olub?

-O, bir dahi, mükəmməlik tərəfdarı və böyük şöhrət sahibidir! Babam ən çətin günlərdə dünyanı gülümsətməyi bacarıb! Sülh və xoşbəxtlik bəxş etmək istəyən bir hümanist idi! O, hər kəsin başa düşə biləcəyi bir dildə danışıb...

Atanız Çarli Çaplin haqqında sizə nələr danışardı? Çarli Çaplin evdə, ata kimi necə olub? Atanız onu necə təsvir edirdi?

-Babam çox təvəzökar bir insan olub. Sual vermədikcə heç kimə heç nə deməzdi. İş yerində çox ciddi bir adam idi. Boş vaxtlarında klounluq edirmiş. O, səhər və günorta yeməyini yaxın dostları, ailəsi ilə  paylaşmaqdan zövq alıb. Nənəm və babamın gözəl bir sevgi hekayələri olub. Onların sevgisi hər zaman heyranlıq doğurub.

Çarlı Çaplin niyə "Osqar" mükafatına layiq görülməyib? Onun düşmənləri kimlər idi?

-Babam gördüyü işlərə görə bir çox mükafatlara layiq görülüb. Çox təəssüf ki,  insanlıqla bağlı mesajlarına görə bir çoxları onu məhv etmək istəyirdi.

-Çarli Çaplindən nə miras qalıb?

-O, kimsədən  nəsə almağa meyilli deyildi, sadəcə mədəsinin toxluğuna fikir verirdi.

Babanınız heç vaxt unutmayacağınız  məsləhəti  nədir?

-Onun heç vaxt unutmayacağım fikri budur: "Gülüşsüz bir gün,  boş bir gündür"

-Babanızın ən çox hansı filmlərini sevirsiniz? Babanızın həyatını çətinləşdirən "Böyük Diktator" filmi haqqında nə düşünürsünüz? Bu film sizin həyatınıza necə təsir etdi?

-Onun sevdiyim filmləri fərqli səbəblərə görə dəyişir. Filmlər arasından birinin adını çəkmək çox çətindir. "Böyük şəhərin işiqları" filmini sevgi hekayəsinə, "Müasir zamanlar" filmini insanlığa verdiyi mesaja, "Uşaqlar" filmini emosional təsirinə görə sevirəm. "Sirk" isə uşaqlıq illərimin filmidir.

Atanız Çarli Çaplinin ölümü haqqında sizə nə danışıb? Babanızın tabutunu niyə oğurlayıblar? Babanızın tabutunu miqrantların oğurladığı qeyd olunur. Bu barədə nə deyə birləsiniz?

-Babamın tabutunu pula görə oğurlayıblar... Bu barədə artıq heç bir fikrim yoxdur.

-Çarli Çaplinin necə xatırlanmasını istərdiniz? 

-Babam həmişə işləri, sənəti və uğurları ilə xatırlanacaq. Film sənayesinə böyük bir fayda verib. Dünyaya verdiyi güclü mesajları ilə xatırlanacaq!