Sehrbazların oyunu


Digərləri 06 Apr 2019 19:15:00 184 0

Sehrbazların oyunu

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Allah göydə bir iş ba­rəsində qərar verdiyi zaman mələklər Onun əmrinə müntəzir olduqlarını bil­dirərək qanadlarını çarpırlar və bu vaxt elə bir səs gəlir ki, sanki bir to­pa zənciri qayaya çırpırlar. Nəhayət, "mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: "Rəb­biniz nə buyurdu?"- deyə soruşur­lar..." (Səba surəsi, 23). Son.az zikr.az-a istinadən bildirir ki, onlara belə cavab verilir: "Haqqı buyurdu! O, Ucadır, Bö­yük­dür!" (Səba surəsi, 23). Oğrun-oğrun qulaq asan şeytanlar bu sözləri eşidirlər. Bundan ötrü onlar bir-biri­nin üs­tü­nə çıxırlar. Olur ki, mələklərin söhbətinə qulaq asan şeytanı düşən ul­duz təqib edir və o, eşitdiyini aşağıda duran yoldaşına çatdırma­mışdan əv­vəl həmin ulduz onu yandırıb yaxır. Bəzən də ulduz ona dəyməmişdən əv­vəl o, eşitdiyini altında duran dostuna ötürür. Beləcə, şeytanlar bu eşitdik­lə­ri­ni yer üzünə çatdırır və onu sehrbaza təlqin edirlər. Sehrbaz da eşitdiyi sö­zə yüz yalan əlavə edir. (Sehrbazın de­dik­­lərinin düz çıxdığını görən avam) insanlar isə deyirlər: "Məgər o bizə fi­lan gün filan, filan hadisə baş verəcəyini xəbər verməmişdi?" Gör səmadan eşidilən söz insanları ona inanmağa necə vadar edir." (əl-Buxari, 4701).