Astarada ağır qəza:


Digərləri 06 Apr 2019 17:59:00 175 0

Astarada ağır qəza:

Astarada avtomobil dərəyə yuvarlanıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun dağ kəndi olan Pəlikeşdə "Ağ körpü" kimi tanınan ərazidə baş verib.

Rayonun Tüləkəran kənd sakini Ədalət Şəkərovun idarə etdiyi UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Ə.Şəkərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda keçinib. Qəza zamanı avtomobildə olan sərnişinlər: 1980-ci il təvəllüdlü Müqəddəs Eyvazov və 1985-ci il təvəllüdlü Ceyhun Gülməmmədov isə xəstəxananın travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son.az