Corciya səmasında yadplanetli gəmi göründü


Digərləri 06 Apr 2019 17:19:00 216 0

Corciya səmasında yadplanetli gəmi göründü

3 aprel tarixində ABŞ-ın Corciya ştatının Tokkoa şəhərinin sakini maraqlı video çarx lentə ala bilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, adını gizli saxlayan kişi "GA17" şosse yolu ilə hərəkətdə olarkən, pəncərədən qeyri-adi fenomen görüb. O, səmada süzən uzun, böyük və tünd obyekt görüb. Sözügedən şəxs mobil telefonunu çıxararaq gördüklərini telefonun yaddaşına köçürüb.

Onun sözlərinə əsasən, uçan naməlum obyektin nə olduğunu bilmir. Bu günə qədər də nə onun tanışları, nə də özü belə bir hadisə ilə rastlaşmayıblar. Əgər sözü gedən obyektin Yer planetinə aid olduğunu düşünsək, aerodinamika qanununa əsasən, belə bir konstruksiya mümkün deyil.