Sabah yağış yağacaq, şimal-şərq küləyi əsəcək


Digərləri 06 Apr 2019 13:05:00 191 0

Sabah yağış yağacaq, şimal-şərq küləyi əsəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Abşeron yarımadasında gecə 7-9° isti, gündüz 13-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək.