Ali Məhkəmə müğənni Nazəninlə bağlı qərar verdi


Şou-biznes 06 Apr 2019 12:09:00 230 0

Ali Məhkəmə müğənni Nazəninlə bağlı qərar verdi

Ali Məhkəmədə müğənni Nazənin Salayevanın həmkarı Təranə Qumralla bağlı verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub və N.Salayevanın kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ilk olaraq Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməli idi. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.