Özünü pəncərədən atan məktəblı qız öldü


Digərləri 06 Apr 2019 11:59:00 515 1

Özünü pəncərədən atan məktəblı qız öldü

Özünü pəncərədən atan məktəblı qız ölüb.

Aprelin 4-də intihar məqsədilə təhsil aldığı 162 saylı məktəbin 3-cü mərtəbədən özünü atan 14 yaşlı Elena Hacıyeva bu gün müalicə aldığı Klinik Tibbi Mərkəzdə keçinib.

Son.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Virtualaz.org-a faktı təsdiqləyiblər. Uşağın vəziyyəti dünəndən pisləşib, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ona müştərək kəllə-beyin travması, döş qəfəsi və qarnın küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, travmatik spinal şok diaqnozu qoyulmuşdu.