Bu ölkədə Ebola virusundan ölənlərin sayı 702 nəfərə çatıb


Dünya 06 Apr 2019 09:34:00 199 0

Bu ölkədə Ebola virusundan ölənlərin sayı 702 nəfərə çatıb

Konqo Demokratik Respublikasında 2018-ci ilin iyul ayının sonundan Ebola virusundan ölənlərin sayı sayı 702 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Konqonun səhiyyə nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Nazirliyin məlumatında deyilir: "Cümə günü, 2019-cu il aprelin 5-i üçün vəziyyət: 1117 yoluxma halı, 1051-i təsdiqlənib, 66-sı isə mümkün. Virusun yayılması nəticəsində 702 nəfər həlak olub, 339 nəfər müalicə edilib, 295 şübhəli hal araşdırılır".