BMT TŞ Liviyadakı gücləri hərbi toqquşmadan yayınmağa çağırıb


Dünya 06 Apr 2019 08:23:00 223 0

BMT TŞ Liviyadakı gücləri hərbi toqquşmadan yayınmağa çağırıb

BMT Təhlükəsizlik Şurası feldmarşal Xəlifə Xəftarın təbeliyində olan Liviya Milli Ordusunu hərbi toqquşmadan yayınmağa çağırır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qapalı keçirilən təcili iclasının yekunları üzrə bəyanatda deyilir. Bəyanat Təhlükəsizlik Şurasının aprel ayında sədri - Almaniyanın daimi nümayəndəsi Kristof Hoyqsen tərəfindən oxunub.