Bu rayonda artıq 5G var


Digərləri 06 Apr 2019 07:01:00 273 0

Bu rayonda artıq 5G var

Şanxayın Xunkou rayonunda beşinci nəsil sürətli rabitə texnologiyasına çıxış əlçatan olub. Bu, dünyada ilk belə hadisədir. Şanxayın vitse-meri Vu Tsin rəsmi açılış mərasimi zamanı "Mate X" qatlanan telefonundan videozəng etmək üçün 5G texnologiyasından istifadə edib.   Son.az ICTnews-a istinadən bildirir ki, "Huawei" və "China Mobile" şirkətləri yerli 5G şəbəkəsinin istifadəyə verilməsinə aparıcı rol oynayıblar. Son 3 ay ərzində Xunkou rayonu ərazisində əhatə dairəsinin tam təmin edilməsi üçün 5G baza stansiyaları istifadəyə verilib. İlin sonunadək Şanxayda daha 10 min belə stansiya quraşdırılacaq və 2021-ci ilədək onların sayı 30 mini ötəcək.   Şanxay təsadüfən seçilməyib: bu, ölkənin güclü infrastruktura və iqtisadiyyata malik ən inkişaf etmiş şəhərlərindən biridir.