Tərtərdə əl qumbarası aşkar olunub (FOTO)


Digərləri 06 Apr 2019 06:19:28 194 0

Tərtərdə əl qumbarası aşkar olunub (FOTO)

Tərtərdə 1 ədəd F-1 əl qumbarası aşkar olunub

Bakı. Tərtərdə 1 ədəd F-1 əl qumbarası aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, aprelin 5-i saat 21:14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Hüsənli kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.