Çay və qəhvə ağ ciyər xərçəngi yaradır


Digərləri 05 Apr 2019 23:24:00 197 0

Çay və qəhvə ağ ciyər xərçəngi yaradır

Beynəlxalq alim qrupu gün ərzində iki stəkandan artıq çay və ya qəhvə qəbulunun sağlamlığa zərərli olduğunu, ağ ciyər xərçəngi riskini artırdığını müəyyən edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "LiveScience" portalında press-reliz dərc olunub.

Tədqiqatın gedişində Asiya ölkələri və ABŞ-da yaşayan 1,2 milyona yaxın insanın tibbi məlumatları təhlil olunub. Könüllülər orta hesabla 8,5 il ərzində müşahidə altında olub.