Bu telefonlarda İnstagram işləməyəcək


Digərləri 05 Apr 2019 23:09:00 256 0

Bu telefonlarda İnstagram işləməyəcək

Foto və video paylaşım şəbəkəsi olan İnstagram "Windows 10" versiyalı telefonlarında dəstəklənməyəcək.

Son.az xəbər verir ki, şirkət rəsmilərinin yaydığı açıqlamaya görə, aprelin 30-dan etibarən bu yenilik qüvvəyə minəcək.

Lakin bu, sürpriz qərar deyil. Belə ki, şirkətin bu qərarı verməsinə səbəb bu telefonların sayının dünyada az olmasıdır. Ona görə də həmin telefonlar üçün sistemi inkişaf etdirmək istəmirlər.