Sabunun kimyəvi tərkibindən çox şey asılıdır


Digərləri 05 Apr 2019 23:03:00 254 0

Sabunun kimyəvi tərkibindən çox şey asılıdır

Sabun lap qədim zamanlardan heyvani yağlar və bitki küllərindən hazırlanıb. Həmin ənənənin əsasının Britaniyada yaşayan Ker tayfalarının qoyduğu deyilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ilk sabunlar heyvan yağları ilə müxtəlif maddələrin qarışığından əldə olunub. Sabun həyatımızda təmizliyin böyük bir parçası olan kimyəvi məhsuldur. O yağ turşusunun duzundan alınır. İstehsal prosesində yağın miqdarının nizamlanması vacibdir, əks təqdirdə dəriyə ziyanlı təsiri dəyə bilər.

Müasir sabunlar müxtəlif tərkibdə istehsal olunur. Hazırda antibakterioloji və bitki mənşəli sabunlar isə daha çox istifadə edilir.