3 aylıq körpəsini özü müalicə etmək istədi, ölümünə səbəb oldu


Digərləri 05 Apr 2019 21:39:00 192 0

3 aylıq körpəsini özü müalicə etmək istədi, ölümünə səbəb oldu

Rusiyada övladını evdə özü müalicə edən ananı cərimələyiblər. 

Son.az medicina.az-a istinadən bildirir ki, Omsk məhkəməsi 33 yaşlı şəhər sakinini öz övladının ölümündə günahkar bilib. Uşaq dünyaya gəldikdən sonra, 2017-ci ilin sonunda ana uşağın bədənində qırmızı ləkələr müşahidə edib. Amma buna baxmayaraq, həkimə müraciət etməkdən imtina edib və uşağı allergiya əleyhinə kremlə özü evdə körpəsini müalicə etməyə başlayıb. 

Nəticədə 3 aylıq körpə dünyasını dəyişib. Tibbi ekspertiza nəticəsində məlum olub ki, uşaq Norveç qoturluğundan dünyasını dəyişib. Xəstəlik zamanı körpənin daxili orqanları iltibahlaşıb və dəri irinləyib.