Avropa İttifaqı ölkələrinin yollarında ölüm hallarının statistikası açıqlanıb


Dünya 05 Apr 2019 21:02:00 271 0

Avropa İttifaqı ölkələrinin yollarında ölüm hallarının statistikası açıqlanıb

Avropa Komissiyası ötən il Avropa İttifaqında yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölüm hallarının statistikasını açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ildə Avropa İttifaqının 28 ölkəsində baş verən yol-nəqliyyat hadisələri nəticəsində 25,1 min insan həlak olub. Bu, 2010-cu illə müqayisədə 21 faiz, 2017-ci illə müqayisədə isə 1 faiz azdır. Orta hesabla hər milyon nəfərə 49 ölüm halının baş verməsi Avropanın dünyanın ən təhlükəsiz avtomobil yollarına malik olduğunu təsdiqləyir.

Məlumata əsasən, ötən il avtomobil yollarında baş verən qəzalar nəticəsində ən az insanın həlak olduğu ölkələrin sırasına Böyük Britaniya (hər milyon nəfərə 28 ölüm halı), Danimarka (30), İrlandiya (31) və İsveç (32) daxildir. Ən yüksək ölüm halları isə Rumıniyada (hər milyon nəfərə 96 ölüm halı), Bolqarıstanda (88), Latviyada (78) və Xorvatiyada (77) qeydə alınıb.