Seda Sayanı təhqir edən şəxsə


Şou-biznes 05 Apr 2019 20:24:00 257 0

Seda Sayanı təhqir edən şəxsə

Evlənmə verilişləri ilə məşhurlaşan Zekeriya Atak sosial şəbəkədə yayımladığı video çarx ilə Seda Sayan və keçmiş sevgilisi Erkan Çeliki təhqir edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu səbəbdən hakim qarşısına çıxarılan Ataka cəza verilib. Hakimin hökmü ilə Zekeriya 1800 lirə (600 manat) cərimə ödəyəcək.

2016-cı ilin fevral ayında Zuhal Topalın aparıcısı olduğu evlənmə verilişində iştirak edən Zekeriya "Türkiyə şəhid verdi, siz burda oynadınız" deyərək studiyanı tərk edib. Bu hadisədən sonra isə aprel ayında sosial şəbəkədə video yayımlayaraq verilişə onu Seda Sayanın göndərdiyini və bu iş üçün 4.350 lirə aldığını iddia edib. Sayan və sevgilisi Erkan Çelikin şikayətindən sonra cinayət işi açılıb. Prokuror 2 il 6 ay həbs cəzası istəsə də, hakim Zekeriyanı cərimələyib. O, 90 gün ərzində hər gün 20 lirə cərimə ödəyəcək.


Xəbərə aid foto