Qadınlar tərəfindən döyülən kişilərin sayı artıb


Digərləri 05 Apr 2019 19:29:00 205 0

Qadınlar tərəfindən döyülən kişilərin sayı artıb

Bəli bir zamanlar qadınlar kişilərdən qorxurdu, artıq qadınlar tərəfindən döyülən kişilərə də rast gəlirik.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Əgər bu gün kişilər döyülürsə günah kişidədir".

Sakin: "Günahkar kişi döyülməlidir dəəə, günahkar qadın da söz almalıdır".

Rəşad Əsgərov - Sosioloq: "Bəzi ailələrdə kişilərin müəyyən qədər iş yerini itirməsi, iş tapa bilməməsi onların qadınlardan iqtisadi asılılığı ailədə hegemonluğun, dominantlığın qadına keçməsinə gətirib çıxarır ki, bu da ailə daxili zorakılıq problemlərində kişilərə qarşı təzyiq problemlərinin artmasına, kişilərə qarşı zorakılıq hallarının genişlənməsinə gətirib çıxarır".

Vəfa Əkbər - Psixoloq: "Biz alışmışıq sadəcə qadının döyülməsinə, göz yumuruq. 90 faiz qadın döyüləndə deyirik ki, kişidir də əsəbləşdi döydü. Qadının xəyanəti, qadının etdiyi şiddət daha tez gözə çarpır, çünki qadın deyəndə zəif, həm də zərif, sakit, hər sözü udan, təmkinli, bir gözü kor, bir qulağı kar, bu yalnış fikirdir əlbəttə".

Azərbaycan ailəsində arvadın kişini döyməsi elə də geniş yayılmış tendensiya deyil. Amma az olsa da belə hallara rast gəlinir. Sosioloqlarsa rəsmi qurumları bu məsələ ilə bağlı diqqətli olmağa, bir sıra tədbirlərin görülməsinə çağırır.


Xəbərə aid fotolar