İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


Digərləri 05 Apr 2019 17:16:00 184 0

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Bakı. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənləri yağışlı hava şəraiti gözləyir. Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 3-6 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində yağışlı hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.