Bu saytlara xəbərdarlıq edildi FOTO


Digərləri 05 Apr 2019 15:16:00 206 0

Bu saytlara xəbərdarlıq edildi  FOTO

Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan Son.az-a verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

"Karolina Valiant" mağazasının nümayəndəsi Hüseyn-Xəzər Məmmədovun "yenixeber.org" saytına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, narazılıq doğuran material hazırlanarkən balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. KİV qurumunun əməkdaşları tənqid ruhlu materialda 3 obyekt haqqında kifayət qədər sərt iddialar səsləndirsələr də, qarşı tərəfin mövqeyinin öyrənilməsi və dərci üçün cəhd göstərməyiblər. "Karolina Valiant"ın təmsilçisinin mövqeyi aydın olsa da, onu qısa şəkildə, kontekstdə uyğunsuz formada təqdim ediblər. MŞ adından "yenixeber.org" saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyə olunub.

İclasda "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin Bakı şəhəri Nərimanov rayonu üzrə 7 №-li filialının İdarə Heyətinin "emtv.az" saytına qarşı şikayəti də araşdırılıb. Sayt rəhbəri şikayətdə qeyd olunan iradları aradan qaldırmağa hazır olduğunu bildirib. Şikayətçi tərəf bununla razılaşıb.

Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin "Xalqxeber.az" və "Dia.az" saytlarına qarşı şikayətinin müzakirəsində xəbər saytlarının təmsilçiləri bildiriblər ki, şikayət doğuran məqalə başqa KİV-ə istinadla verilib, məqalədə əks edilənlər təkzib olunmayıb.


Xəbərə aid fotolar